ABŞ-ın Virciniya ştatında da ölüm hökmü ləğv olunub

ABŞ-ın Virciniya ştatında da ölüm hökmü ləğv olunub
# 25 mart 2021 00:05 (UTC +04:00)

ABŞ-ın Virciniya ştatının rəhbərliyi ölüm hökmünə qadağa tətbiq edib.

APA TASS-a istinadən xəbər verir ki, müvafiq yerli qərar Demokratlar Partiyasını təmsil edən qubernator Ralf Nortem tərəfindən imzalanıb.

Bununla da Virciniya ölüm cəzasını qadağan edən 23-cü ABŞ ştatı olub. Bu qərar ştatda Demokratlar Partiyasının müraciəti ilə qanunla təsdiqlənib.

Edam cəzası Virciniyada 17-ci əsrdə Köhnə qitədən köçənlərin koloniyalar qurmasından bəri təxminən 1400 dəfə tətbiq edilib. Bu, ABŞ-da bu cəza növünün ən yüksək göstəricisidir. Virciniya həm də ABŞ-ın cənubunda ölüm hökmünü qadağan edən ilk ştat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR