ABŞ-ın Viskonsin ştatında 8 nəfəri silahla yaralayan yeniyetmə saxlanılıb

ABŞ-ın Viskonsin ştatında 8 nəfəri silahla yaralayan yeniyetmə saxlanılıb
# 23 noyabr 2020 08:15 (UTC +04:00)

Cümə günü ABŞ-ın Viskonsin ştatının Uovatos şəhərində ticarət mərkəzində baş vermiş atışma ilə bağlı bir yeniyetmə saxlanılıb.

APA xəbər verir ki, bu barədə “NBC” telekanalı şəhər polis rəisi Barri Ueberə istinadən mətbuat yayıb.

“Polis idarəsi ticarət mərkəzində baş verən atışma ilə əlaqədar 15 yaşlı ispandilli yeniyetmənin tutulması barədə məlumat verməkdən məmnunluq duyur. Həbs olunarkən ondan odlu silah tapılıb, həmin silahdan alış-veriş mərkəzində istifadə olunduğunu ehtimal edirik”, - polis rəisi belə deyib.

İstintaq atışmanın “iki qrup arasında toqquşma” zamanı baş verdiyini müəyyən edib. Ueberin sözlərinə görə, yaralıların bəzilərinin hadisə ilə heç bir əlaqəsi olmayıb.

Xatırladaq ki, naməlum silahlı şəxs cümə günü Uovatosadakı bir ticarət mərkəzində insident törədib. Hadisə nəticəsində 8 nəfər yaralanıb, yaralılar xəstəxanaya yerləşdirilib. Silahlı şəxs həmin vaxt hadisə yerindən qaçmağı bacarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR