ABŞ-ın büdcə kəsiri son 7 ildə ilk dəfə 1 trln. dolları ötüb

ABŞ-ın büdcə kəsiri son 7 ildə ilk dəfə 1 trln. dolları ötüb
# 14 yanvar 2020 09:50 (UTC +04:00)

2019-cu ildə ABŞ büdcəsinin defisiti 2018-ci illə müqayisədə 17,1% artaraq 1 trln. dolları keçib. Bu, son 7 ildə ABŞ-ın ən yüksək büdcə kəsiridir.

"APA-Economics"in ABŞ Maliyyə Nazirliyinin dərc etdiyi məlumata istinadən verdiyi xəbərə görə, 2018-ci ildə isə ABŞ-da büdcə kəsrinin artımı 28,2% təşkil etmişdi.

Qeyd edək ki, 2018-ci ildə qeydə alınan sürətli mənfi dinamikanın yavaşlatmağa korporativ vergi daxilolmalarının artması imkan verdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR