ABŞ-ın bütün ştatlarında müəssisələrin fəaliyyəti bərpa olunub

ABŞ-ın bütün ştatlarında müəssisələrin fəaliyyəti bərpa olunub
# 19 iyun 2020 07:16 (UTC +04:00)

ABŞ-ın bütün ştatlarında pandemiya səbəbilə fəaliyyəti dayandırılmış müəssisələrdə iş yerləri yenidən açılıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Maykl Pens Miçiqan ştatında çıxışı zamanı bildirib.

O qeyd edib ki, ölkənin 50 ştatında iş yerləri yenidən açılıb: “Kiçik və orta sahibkarlığın dörddə üçü artıq işlərini davam etdirəcək. Yerli hakimiyyət orqanları koronavirus səbəbiylə tətbiq olunan sanitar və epidemioloji məhdudiyyətləri tədricən aradan qaldırır. Bu proses vəziyyətdən asılı olaraq hər ştatda fərqli mərhələdə həyata keçiriləcək”.

Artıq Nyu-York ştatında məhdudiyyətlərin yüngülləşdirilməsinin ikinci mərhələsi elan edilb. Restoranlar açılıb, manikür və masaj otaqları istisna olmaqla, bərbərxanalar, gözəllik salonlarının fəaliyyəti bərpa olunub, ofislərdə çalışanların 50 faizinə işə gəlmək icazəsi verilib və s.

Qeyd edək ki, Cons Hopkins Universitetinin məlumatına görə, ABŞ-da 2,17 milyondan çox yeni virusa yoluxma, 118 mindən çox ölüm hadisəsi qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR