ABŞ-ın daha bir ştatında ölüm hökmü ləğv edilib

ABŞ-ın daha bir ştatında ölüm hökmü ləğv edilib
# 06 fevral 2021 08:19 (UTC +04:00)

ABŞ-ın Virciniya Baş Məclisi ölüm hökmünün ləğvi üçün qanun layihəsini təsdiq edib.

APA xəbər verir ki, bu barədə ştatın qanunverici orqanının mətbuat xidməti “Twitter” hesabında məlumat yayıb.

Nümayəndələr Palatasında (alt palata) keçirilən səsvermə zamanı deputatlardan 57-si ölüm hökmünün ləğvinə, 41-i isə əleyhinə səs verib. Senatda sözügedən qanun layihəsini bir gün əvvəl qəbul edildiyi bildirilib.

Qeyd edək ki, qanun layihəsi ştatın qubernatoru Ralf Nortam tərəfindən imzalandıqdan sonra, Virciniya ABŞ-ın ölüm hökmünü ləğv edən 23-cü ştatı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR