ABŞ-ın qərb sahillərində zəlzələ olub

ABŞ-ın qərb sahillərində zəlzələ olub
# 21 fevral 2021 05:07 (UTC +04:00)

ABŞ-ın qərb sahillərində 5,1 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə ölkənin Seysmoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Oreqon ştatında, Bandon şəhərindən 281 km qərbdə qeydə alınıb. Ocağı isə 10 km dərinlikdə yerləşib.

Sunami təhlükəsi, dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR