ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyanın şimal-şərqinə “Bradley” döyüş maşınlarını yerləşdirib

ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyanın şimal-şərqinə “Bradley” döyüş maşınlarını yerləşdirib
# 19 sentyabr 2020 08:22 (UTC +04:00)

ABŞ-ın rəhbərlik etdiyi Beynəlxalq Terrorla Mübarizə Koalisiyası Suriyanın şimal-şərqinə “Bradley” piyada döyüş maşınlarını yerləşdirib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə koalisiyanın rəsmi nümayəndəsi Ueyn Marotto açıqlamada bildirib.

U.Marotto qeyd edib ki, mexanikləşdirilmiş “Bradley” döyüş maşınları Suriyanın şimal-şərqində getdikcə çətinləşən vəziyyətdə koalisiya qüvvələrini qorumağa kömək edəcək: “Koalisiya qüvvələri İŞİD üzərində son qələbəni təmin etmək öhdəliklərinə sadiqdir”.

Koalisiya rəsmisi əlavə edib ki, Pentaqon son dəfə “Bradley” döyüş maşınlarını Suriyaya 2019-cu ilin oktyabrında göndərdib.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının nümayəndəsi Bill Urban da “Bradley” döyüş maşınlarının koalisiya qüvvələrinin təhlükəsizliyini təmin etmək məqsədilə istifadə edildiyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR