ABŞ əks-kəşfiyyatı Rusiya və Çini əsas təhlükə adlandırıb

ABŞ əks-kəşfiyyatı Rusiya və Çini əsas təhlükə adlandırıb
  • Clock-gray 11:45
  • calendar-gray 11 Fevral 2020

ABŞ əks-kəşfiyyatı Rusiya və Çini əsas təhlükə adlandırıb.

APA-nın Rusiya bürosunun xəbərinə görə, ABŞ-ın yeni əks-kəşfiyyat strategiyası 2020-2022-ci illər ərzində ölkə üçün əsas təhlükələrin siyahısını açıqlayıb.

Siyahıda ABŞ üçün əsas təhlükənin Rusiya və Çin olduğu öz əksini tapıb.

“Amerika Birləşmiş Ştatlarını hədəf alan oyunçuların sayı artır. Rusiya və Çin bütün dünyaya təsir edirlər, ABŞ-a qarşı milli gü alətlərindən istifadə edirlər. Onlar müasir geniş spektrli kəşfiyyat imkanlarına malikdirlər”, -deyə ABŞ Əks-kəşfiyyat və təhlükəsizlik Milli Mərkəzi tərəfindən hazırlanan sənəddə bildirilib.

Əks-kəşfiyyat Kuba, İran, Şimali Koreyanı, “Hizbullah” hərəkatını, İŞİD-i və "Əl-Qaidə"ni də ABŞ üçün təhlükələr siyahısına əlavə edib.

Fərid Əkbərov

Digər xəbərlər