ABŞ mətbuatı Rusiyanın “Su-57” qırıcısının silah təchizatını yüksək qiymətləndirib

ABŞ mətbuatı Rusiyanın “Su-57” qırıcısının silah təchizatını yüksək qiymətləndirib
# 11 oktyabr 2020 08:20 (UTC +04:00)

“Rusiyanın beşinci nəsil “Su-57” qırıcısı müasir ultra-modern silahlarla təchiz edilib”.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın “Military Watch” nəşrinin dərc etdiyi məlumatda bildirilib.

Qeyd edilib ki, radarlardan və lazerdən qorunma sistemlərinə sahib olan qırıcıya əlavə olaraq, ən müasir hava-hava raketləri – “K-77” və “R-37M” raketləri quraşdırılıb ki, bu da təyyarənin düşmən hava qüvvələrinin elit bölmələrinə tab gətirə bilməsini şərtləndirir.

Xüsusi idarəetmə sisteminə malik “K-77” raketi 195 kilometr məsafədə və uzun məsafələrdə hərəkətdə olan yüksək manevrli döyüş obyektlərinin hədəfdən yayınmasını çətinləşdirir.

Hipersəsli sürətə hesablanmış “R-37M” raketi isə 400 kilometr məsafədəki hədəfi vurmaq qabiliyyətinə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR