ABŞ ordusunun təlimdə itkin düşən 8 hərbçisi ölmüş elan edilib

ABŞ ordusunun təlimdə itkin düşən 8 hərbçisi ölmüş elan edilib
# 02 avqust 2020 18:30 (UTC +04:00)

Kaliforniya sahillərində təlim keçən zaman itkin düşən ABŞ-ın səkkiz hərbi qulluqçusu ölü elan edilib.

APA bildirir ki, bu barədə ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin “Twitter”dəki səhifəsində məlumat verilib.

Rəhbərlik 40 saatlıq genişmiqyaslı əməliyyatdan sonra axtarışları dayandırmaq qərarına gəlib. Qeyd olunur ki, bu şəraitdə axtarışın uğurla başa çatması ehtimalı çox aşağıdır.

Onu da qeyd edək ki, daha əvvəl yayılan məlumatda təlimlər zamanı baş verən qəzada bir ABŞ hərbçisinin həlak olduğu, səkkizinin isə itkin düşdüyü bildirilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR