ABŞ prezidentinin qardaşı Robert Tramp vəfat edib

ABŞ prezidentinin qardaşı Robert Tramp vəfat edib
# 16 avqust 2020 06:37 (UTC +04:00)

ABŞ Prezidenti Donald Trampın kiçik qardaşı Robert Tramp şənbə günü dünyasını dəyişib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

ABŞ lideri 71 yaşlı qardaşı barədə bu ifadələri işlədib: "Ürək ağrısı ilə bildirirəm ki, gözəl qardaşım Robert bu gün sakit şəkildə dünyasını dəyişdi. O, yalnız mənim qardaşım deyildi, o mənim ən yaxşı dostum idi. Onsuz çox darıxacağıq, amma yenidən görüşəcəyik. Onun xatirəsi mənim qəlbimdə əbədi yaşayacaq. Robert, mən səni sevirəm. Rahat uyu".

Xatırladaq ki, Robert Tramp bir neçə gün əvvəl Nyu-Yorkda xəstəxanaya yerləşdirilmişdi. Prezident Tramp onu ziyarət edərkən səhhətinin yaxşı olduğu bildirilmişdi.

Bundan əvvəl isə o, iyul ayında reanimasiya şöbəsində bir həftəlik müalicə olunmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR