ABŞ qoşunları noyabr ayına qədər Əfqanıstanda qala bilər

ABŞ qoşunları noyabr ayına qədər Əfqanıstanda qala bilər
# 19 mart 2021 08:39 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden amerikalı əsgərlərin Əfqanıstandan çıxarılması işini noyabr ayına qədər təxirə salmağı düşünür.

APA xəbər verir ki, bu barədə “NBC” telekanalı özəl mənbələrə istinadən məlumat yayıb.

Radikal dini hərəkat olan “Taliban”la razılaşmaya əsasən, ABŞ hərbi qüvvələri may ayının 1-də Əfqanıstandan çıxmalıdır. Məlumata görə, köməkçiləri ilə son məsləhətləşmələr zamanı Bayden ABŞ qoşunlarının Əfqanıstanda təyin olunmuş müddətdən çox qalmasına qarşı çıxsa da, bu müddətin altı ay uzadılması barədə razılığa gəlib.

Mənbə bildirib ki, “Bayden qoşunları Əfqanıstandan çıxarmaq istəyir”. Ancaq məsləhətləşmələr zamanı Pentaqon təmsilçiləri müddətin uzadılmalı olduğunu “Taliban”ın ABŞ-la razılığa əməl etməməsi ilə əsaslandırmağa çalışıblar. Son qərar hələlik verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR