ABŞ rəsmi Dəməşqin neft yataqlarını qorumağa hazır olmadığını iddia edib

ABŞ rəsmi Dəməşqin neft yataqlarını qorumağa hazır olmadığını iddia edib
# 24 noyabr 2019 05:48 (UTC +04:00)

“ABŞ hesab edir ki, rəsmi Dəməşq Fərat çayı yaxınlığındakı neft yataqlarını İŞİD-dən qorumağa hazır deyil”.

APA “RİA Novosti”yə istinadla qeyd edir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O'Brayen Kanadanın Halifaks şəhərində keçirilən təhlükəsizlik məsələlərinə həsr edilmiş forumda çıxışı zamanı bildirib.

O'Brayen fikrini belə izah edib: “Sonuncu dəfə Suriyanın hökumət qoşunları sözügedən yataqları ələ keşirdikdən sonra özündə saxlaya bilmədi. Təxminən 15 dəqiqə sonra yenidən bu yataqlara İŞİD sahibləndi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR