ABŞ təyyarəsi mühərrikin yanması səbəbindən Mexikonu tərk edə bilməyib

ABŞ təyyarəsi mühərrikin yanması səbəbindən Mexikonu tərk edə bilməyib
# 02 yanvar 2020 08:05 (UTC +04:00)

ABŞ-ın “Delta” aviaşirkətinə məxsus “Boeing 757-200” tipli sərnişin təyyarəsi mühərriklərindən birinin alovlanmasına görə Meksika paytaxtını tərk edə bilməyib.

APA xəbər verir ki, bu barədə “Milenio” qəzeti Nyu-Yorka uçmalı olan laynerin sərnişinlərinə istinadən öz internet saytında yazıb.

“Qanadlardan biri yanırdı, təyyarə tamamilə dolu idi, göyərtədə çoxlu uşaqlar da vardı, bizdən təyyarəni tərk etməyimizi istədilər, biz çox qorxmuşduq, çünki yenicə havaya qalxmağa hazırlaşırdıq”, - deyə qəzet sərnişinlərin birindən sitat gətirib. Hava limanının xilasetmə xidməti sərnişinlərin təxliyyəsində iştirak edib, onların arasında xəsarət alan olmayıb.

Bildirilir ki, aviaşirkət baş vermiş insident barədə hələlik bir açıqlama verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR