ABŞ və Çin arasında ticarət sazişinin birinci mərhələsi imzalanacaq

ABŞ və Çin arasında ticarət sazişinin birinci mərhələsi imzalanacaq
# 09 yanvar 2020 12:00 (UTC +04:00)

ABŞ və Çin arasında ticarət sazişinin birinci mərhələsi gələn həftə imzalanacaq.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Çin Ticarət Nazirliyinin rəsmi nümayəndəsi Qao Fen mətbuat konfransında bildirib.

O qeyd edib ki, bu məqsədlə ABŞ-ın dəvəti əsasında Çin Baş Nazirinin müavini Liu Henin rəhbərlik etdiyi nümayəndə heyəti 13-15 yanvar tarixlərində Vaşinqtonda səfərdə olacaq. Səfər zamanı iki ölkə arasında ticarət sazişinin birinci mərhələsi imzalanacaq.

Xatırladaq ki, ötən ilin dekabr ayında ABŞ Prezidenti Donald Tramp Çinlə ticarət sazişini imzalamağa çox yaxın olduqlarını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR