ABŞ və Çin ticarət razılaşması üzrə ilk sənədlər paketini imzalayıb

ABŞ və Çin ticarət razılaşması üzrə ilk sənədlər paketini imzalayıb
  • Clock-gray 23:08
  • calendar-gray 15 Yanvar 2020

ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Dövlət Şurasının Baş Nazirinin müavini Lyu He ikitərəfli ticarət iddialarının həlli ilə əlaqədar razılaşmanın birinci mərhələsi barədə saziş imzalayıb.

APA xəbər verir ki, mərasim Ağ Evdə keçirilib.

Əməliyyatın təfərrüatları hələlik açıqlanmır. Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Lourens Kudlou daha əvvəl Pekinin ölkələr arasında ticarət razılaşmasının birinci mərhələsində göstərilən öhdəliklərə necə əməl edəcəyinə əmin olmaq üçün ABŞ-ın Çindən gələn bir sıra mallara görə rüsumları saxlayacağını bildirib.

Əvvəlcədən bildirildiyi kimi, sazişdə Çin tərəfinin ABŞ-dan 75 milyard dollarlıq sənaye məhsulu, 50 milyard dollarlıq enerji, 40 milyard dollarlıq kənd təsərrüfatı məhsulları alacağı və növbəti iki il ərzində Çinin xidmətlərə daha 35-40 milyard dollar xərcləməli olduğu qeyd edilir.

Beləliklə, ABŞ yüz milyardlarla dollar dəyərində olan Çin ilə ticarətdəki disbalansı “dürüst” bir məxrəcə gətirməyi düşünür.

Bundan əlavə, Çin müəllif hüquqlarının qorunmasını gücləndirəcəyinə və öz bazarına çıxış imkanlarını genişləndirəcəyinə vəd edib. Beləliklə, iki il davam edən danışıqlardan sonra tərəflər, nəhayət ki, nəticə əldə ediblər.

Sövdələşmənin ikinci mərhələsi ilə bağlı aparılan danışıqların bir hissəsi olaraq, rüsumların götürülməsinin və saxlanılmasının müzakirəsi gözlənilir.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date