ABŞ və Ukrayna müdafiə nazirləri arasında telefon danışığı olub

ABŞ və Ukrayna müdafiə nazirləri arasında telefon danışığı olub
# 01 aprel 2021 23:46 (UTC +04:00)

ABŞ-ın müdafiə naziri Lloyd Ostin və Ukraynanın müdafiə naziri Andrey Taran arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlər regional təhlükəsizlik vəziyyyətini müzakirə ediblər. ABŞ müdafiə naziri öz ölkəsinin Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və Avro-Atlantik məkana inteqrasiyası ilə bağlı səylərinə dəstəyini bir daha ifadə edib.

L.Ostin Ukraynanın şərqində Rusiyanın təxribatçı hərəkətlərini pisləyib və martın 26-da 4 əsgərin ölümü ilə bağlı ukraynalı həmkarına başsağlığı verib.

ABŞ müdafiə naziri deyib ki, onun ölkəsi Rusiyaya qarşı Ukraynanın özünümüdafiə qüvvələrinin gücləndirilməsinə dəstəklə bağlı öhdəliyinə sadiqdir.

Qeyd edək ki, 2014-cü ildən bəri ABŞ Ukraynaya 2 milyard dollar dəstək verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR