Aİ COVID-19-la mübarizə üçün Venesuelaya 82,5 ton tibbi ləvazimatlar yollayıb

Aİ COVID-19-la mübarizə üçün Venesuelaya 82,5 ton tibbi ləvazimatlar yollayıb
# 23 avqust 2020 05:38 (UTC +04:00)

Avropa İttifaqı ölkələri yeni növ koronavirus infeksiyasının (COVID-19) yaratdığı xəstəliyə qarşı mübarizə məqsədilə Venesuelaya 82,5 ton tibbi ləvazimatlar verib.

APA “TASS”-a istinadən xəbər verir ki, bunu ölkənin Xarici İşlər naziri Xorxe Arreas bildirib.

“COVID-19-la mübarizə üçün bu gün Xarici İşlər Nazirliyi və Səhiyyə Nazirliyi ilə razılaşdırılmış şəkildə alınan 82,5 ton tibbi ləvazimata görə Avropa İttifaqına, İspaniya və Portuqaliyaya təşəkkür etmək istərdik”, - deyə o, “Twitter” səhifəsində yazıb.

Arreasın sözlərinə görə, pandemiya başlayandan bəri Venesuela “dost ölkələr və beynəlxalq təşkilatlardan” 1500 ton humanitar yardım alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR