ATƏT müşahidəçiləri ABŞ-dakı seçkilərin rəqabətli keçdiyini bəyan ediblər

ATƏT müşahidəçiləri ABŞ-dakı seçkilərin rəqabətli keçdiyini bəyan ediblər
# 05 noyabr 2020 04:52 (UTC +04:00)

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) ABŞ-da keçirilən prezident seçkilərində müşahidələrin nəticəsi olaraq bildirib ki, 3 noyabr seçkiləri rəqabətli keçib və yaxşı təşkil olunub, lakin hüquqi qeyri-müəyyənlik və ictimai etimadı sarsıtmaq cəhdlərinin kölgəsində qalıb.

APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə büronun rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

DTİHB-in qənaətinə görə, “səsvermə seçki komissiyası əməkdaşlarının və vətəndaşların yüksək səviyyədə iştirakı ilə böyük hüquqi qeyri-müəyyənlik və güclü qütblü siyasi bir mühitdə, aqressiv kampaniya ritorikası altında keçirilib”.

Missiya, həmçinin belə hesab edir ki, “3 noyabrda keçirilən ümumi seçkilər koronavirus pandemiyasının yaratdığı bir çox problemə baxmayaraq, rəqabətli keçib və yaxşı təşkil olunub”.

“Eyni zamanda, kampaniya daha geniş siyasi mübahisələrə kölgə salan və sistematik saxtakarlıqda əsassız ittihamları özündə cəmləşdirən dərin siyasi qütbləşmə ilə xarakterizə olunub”, - məlumatda belə deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR