Ağ Ev: ABŞ mütəxəssisləri ÜST-ün koronavirusun mənşəyi ilə bağlı hesabatını araşdırır

Ağ Ev: ABŞ mütəxəssisləri ÜST-ün koronavirusun mənşəyi ilə bağlı hesabatını araşdırır
  • Clock-gray 22:09
  • calendar-gray 29 Mart 2021

“ABŞ mütəxəssisləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirusun mənşəyi ilə bağlı hesabatını araşdırır”.

APA TASS-a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

"Əlbəttə ki, embarqo altında olan hesabat hazırda ABŞ mütəxəssislərinin əlindədir. Hesabat mütəxəssislərimiz tərəfindən aktiv və sürətli şəkildə araşdırılacaq", - deyə Psaki əlavə edib. 

Qeyd edək ki, ÜST Baş katibi Tedros Adanom Qebreyesus bazar ertəsi Cenevrədə təşkil olunmuş mətbuat konfransında bildirib ki, təşkilatın üzv ölkələrinə araşdırma üçün təqdim edilən hesabatın ictimailəşdirilməsinə icazə verilməyib. 

Hesabat bir qrup ÜST mütəxəssisinin Çinin Uhan şəhərinə səfəri əsasında hazırlanıb.

“The Wall Street Journal”ının məlumatına görə, Çində səfərdə olan ÜST mütəxəssisləri "virusun nə vaxt, harada və necə yayılmağa başladığı" sualına qəti cavab verməyib.

 

 

apa-logo-mini

Digər xəbərlər