Ağ Ev "AstraZeneca" peyvəndi ilə bağlı baş vermiş insidentə münasibət bildirib

Ağ Ev "AstraZeneca" peyvəndi ilə bağlı baş vermiş insidentə münasibət bildirib
# 05 aprel 2021 23:39 (UTC +04:00)

Baltimor fabrikində baş vermiş hadisə ABŞ-da vaksinasiyanın hədəflərinə təsir göstərməyəcək.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin mətbuat katibi Cen Psaki jurnalistlərə açıqlamasında bildirib.

“Biz onlara hesaba almadıq”, - Psaki korlanmış peyvənd dozaları barədə fikrini bildirərkən belə deyib.

“Biz hələ də mayın sonuna qədər bütün amerikalıların peyvənd olunması üçün kifayət qədər doza əldə etməyi düşünürük”, - deyə Ağ Ev rəsmisi əlavə edib.

Qeyd edək ki, ABŞ-ın Merilend şəhərinin Baltimor şəhərindəki müəssisə koronavirus əleyhinə iki fərqli peyvəndin tərkibini səhvən qarışdırılıb, nəticədə 15 milyon doza “Johnson & Johnson” peyvəndi korlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR