Ağ Ev: Bayden Putinlə bağlı sözlərinə görə təəssüflənmir

Ağ Ev: Bayden Putinlə bağlı sözlərinə görə təəssüflənmir
# 18 mart 2021 22:07 (UTC +04:00)

ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə bağlı verdiyi açıqlamalara görə təəssüflənmir.

APA TASS-a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Ceyn Psaki bildirib.

Bununla bağlı “ABC” telekanalının jurnalisti sualla müraciət edib. Sualın cavabında Psaki – “Xeyr. Prezident birbaşa suala birbaşa cavab verib”, – deyə qeyd edib.

Bundan başqa, o əlavə edib ki, Ağ Ev rəhbəri “sözdə də, əməldə də geri çəkilməyəcək”.

Qeyd edək ki, martın 17-də “ABC News”a verdiyi müsahibədə ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinin 2020-ci ildə Amerikada prezident seçki kampaniyasına iddia edilən müdaxiləyə görə “cavab verəcəyini” bildirib. Həmçinin ABŞ prezidenti rusiyalı həmkarına qarşı şəxsi təhqirlərə imkan verib. Eyni zamanda, Putini qatil hesab edib-etməməsi ilə bağlı suala təsdiq cavabı verib. Rusiya prezidenti isə Baydenin sözlərinə can sağlığı diləyərək cavab verib. Daha sonra onunla müzakirələri canlı efirdə davam etdirməyi təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR