Ağ Ev Konqresin İranla bağlı qətnaməsini səhv addım adlandırıb

Ağ Ev Konqresin İranla bağlı qətnaməsini səhv addım adlandırıb
# 10 yanvar 2020 08:47 (UTC +04:00)

ABŞ Nümayəndələr Palatasının prezident Donald Trampın İrana qarşı silahlı qüvvələrdən icazəsiz istifadə etməsini qadağan edən qətnaməsi Ağ Ev tərəfindən müsbət qiymətləndirilməyib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Hoqan Qidli bildirib.

O, Trampın prezident olaraq ölkəni və amerikalıları terror fəaliyyətindən qorumaq hüququna sahib olduğunu vurğulayıb. Onun fikrincə, “ABŞ Prezidentinin addımları dünyanı daha təhlükəsiz bir yerə çevirir”.

Qidli qətnaməni ölkənin hərbi qüvvələrinin İranın terror fəaliyyətlərinin qarşısını almaq qabiliyyətinə xələl gətirəcək bir səhv adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR