Ağ Ev administrasiyası hakimiyyətin dinc şəkildə Baydenə ötürülməsi üzərində çalışır

Ağ Ev administrasiyası hakimiyyətin dinc şəkildə Baydenə ötürülməsi üzərində çalışır
  • Clock-gray 04:03
  • calendar-gray 08 Yanvar 2021

Ağ Ev rəhbərliyi hakimiyyətin demokrat Cozef Baydenə ötürülməsinə zəmanət verilməsi üzərində çalışır.

APA xəbər verir ki, bunu hazırkı dövlət başçısının mətbuat katibi Keyli Makineni bildirib.

“Administrasiyamızın dəstəklədiyi əsas dəyər bütün vətəndaşların təhlükəsizlik, sülh və azad şəraitdə yaşamaq hüququna sahib olmasıdır. Bu binada işləyənlər (Ağ Ev – Red.) hakimiyyətin qanuni şəkildə ötürülməsini təmin etmək üçün çalışır. İndi Amerikanı birləşdirmək vaxtıdır, gördüyümüz zorakılığı birgə rədd etməliyik. Biz vahid xalqıq”, - Makineni belə deyib.

O, Ağ Evin çərşənbə günü baş verən iğtişaşları və Konqresə hücumu qəti şəkildə qınadığını, həmçinin bunda günahı olanların məsuliyyətə cəlb olunmasına çağırdığını deyib.

“Biz – prezident və onun administrasiyası baş verənləri qəti şəkildə qınayırıq. Bu qəbuledilməzdir və qanunu pozanlar qanun qarşısında ən yüksək səviyyədə cavab verməlidirlər”, - deyə xanım Makineni əlavə edib.

apa-logo-mini

Digər xəbərlər