Ağ Ev və Senat liderləri iqtisadiyyatı stimullaşdırma paketi barədə razılıq əldə ediblər

Ağ Ev və Senat liderləri iqtisadiyyatı stimullaşdırma paketi barədə razılıq əldə ediblər
# 25 mart 2020 09:55 (UTC +04:00)

Senat liderləri və Ağ Ev administrasiyası koronavirus pandemiyasının ölkə iqtisadiyyatını mənfi təsirini minimuma endirmək üçün 2 trilyon dollarlıq iqtisadiyyatı stimullaşdırma paketi barədə razılıq əldə ediblər.

APA-nın "Washington Times"a istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin Hüquqi məsələlər üzrə departament direktoru Erik Ueland jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, koronavirusla əlaqədar iqtisadi yardım paketinin ən qısa müddətdə qəbul olunması üçün Tramp administrasiyasına son günlər təzyiqlər artıb. Bildirilir ki, Ağ Ev administrasiyası xəstəxanalar üçün maliyyələşdirmə, işsizlik sığortası, böyük müəssisələrə ediləcək maddi yardıma nəzarət məsələlərində Demokratlara güzəştə gedib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR