Ağ Evin keçmiş Rabitə direktoru Tramp Administrasiyasına qayıdır

Ağ Evin keçmiş Rabitə direktoru Tramp Administrasiyasına qayıdır
  • Clock-gray 21:40
  • calendar-gray 13 Fevral 2020

 

Ağ Evin keçmiş Rabitə direktoru Houp Hiks yenidən ABŞ Administrasiyasında çalışacaq. 

APA Bloomberg-ə istinadən xəbər verir ki, Hiks Trampın müşaviri kimi fəaliyyətə başlayacaq. 

O, ABŞ prezidentinin seçki kampaniyası ilə bağlı məsələlərə cavabdeh olacaq. Hiks işini prezidentin kürəkəni Jared Kuşnerlə  qarşılıqlı əlaqədə quracaq.

Qeyd edək ki, Hiks ABŞ-da keçirilmiş 2016-cı il Prezident seçkilərinə qədər Trampın əhatəsində idi. Ağ Evdə o, ABŞ lideri üçün reportajlar da daxil olmaqla media və ictimaiyyətlə əlaqələrə nəzarət edirdi. 

Hicks 2018-ci ilin mart ayında Ağ Evin Rabitə direktoru vəzifəsindən istefa verib. 2018-ci ilin fevral ayında o, Nümayəndələr Palatasının Xüsusi komitəsinin üzvlərinin Rusiyaya aid ABŞ-ın 2016-cı il seçkilərinə müdaxiləsinin araşdırılması ilə bağlı suallarına 9 saatdan çox cavab vermişdi. Məhz onun istefasını komitədə Trampın maraqlarına uyğun olmayan ifadələr verməsi ilə də izah edirlər. 

Xatırladaq ki, Hiks Ağ Evdən ayrılandan sonra “Fox News”da çalışıb.

 

Rəşad Sarıyev

Digər xəbərlər

Arxiv

date