Ağ evin sözçüsü Rusiyanı Ukrayna ilə sərhəddə vəziyyətlə bağlı dezinformasiya yaymaqda günahlandırıb

Ağ evin sözçüsü Rusiyanı Ukrayna ilə sərhəddə vəziyyətlə bağlı dezinformasiya yaymaqda günahlandırıb
# 03 aprel 2021 00:53 (UTC +04:00)

“Vaşinqton Rusiyanın ilə Ukrayna ilə sərhəddə baş verən hadisələrə dair dezinformasiya xarakterli məlumatlar verməsindən narahatlığını bildirir”.

APA RİA Novostiy-yə istinadən xəbər verir ki, bunu cümə günü Ağ evin sözçüsü Cen Psaki deyib.

"Bu filmi əvvəllər də görmüşük: Rusiya Ukrayna ilə sərhəddəki vəziyyətlə bağlı dezinformasiya kampaniyası aparır. Şübhəsiz ki, biz bunu izləyirik, bundan narahatıq və bu platformadan avropalı müttəfiqlərimizlə danışıqları davam etdirəcəyik”, deyə Psaki əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR