Alyaskada helikopter qəzaya uğrayıb, ölənlər var

Alyaskada helikopter qəzaya uğrayıb, ölənlər var
# 29 mart 2021 00:43 (UTC +04:00)

ABŞ-ın Alyaska ştatının Ankoric şəhərinin şərqindəki buzlaq ərazisində helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb, daha biri xəsarət alıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli ictimai təhlükəsizlik departamenti məlumat yayıb.

Şənbə günü yerli rəsmi qurumlara Knik buzlağının ərazisində helikopter qalıqlarının tapılması barədə məlumat verilib. Hadisə yerinə xilasedicilər cəlb olunub və orada yeganə sağ qalan şəxs tapılaraq xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyətinin ağır-stabil olduğu deyilir.

“Helikopterdə olan daha beş nəfər ölmüş vəziyyətdə aşkar edilib”, - deyə məlumatda qeyd olunub.

Milli Nəqliyyat Təhlükəsizliyi Şurası qəzanın səbəblərini araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR