Antarktikaya uçan Çiliyə məxsus hərbi təyyarə yoxa çıxıb

Antarktikaya uçan Çiliyə məxsus hərbi təyyarə yoxa çıxıb
  • Clock-gray 10:48
  • calendar-gray 10 Dekabr 2019

Çiliyə məxsus hərbi təyyarə yoxa çıxıb.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, Antarktikaya uçan hərbi təyyarənin göyərtəsində 38 nəfər olub. C-134 Hercules təyyarəsi yerli vaxtla 16:55-də Punta Arenasdan havaya qalxıb və 18:00-da operatorlar təyyarə ilə əlaqəni itiriblər. 

İtkin düşənlərin 17-nin ekipaj üzvü, 21-nin isə sərnişin olduğu bildirilir. 

Çili hava qüvvələri axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

Hava Qüvvələrinin generalı Eduardo Mosqera yerli mətbuata bildirib ki, Antarktikada Kral Corc adasındakı Çili Prezidentinin adını daşıyan Eduardo Frei Montalva bazasına uçarkən təyyarə heç bir təhlükə siqnalını işə salmayıb.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date