Argentinada təyyarə qarğıdalı sahəsinə qəza enişi edib

Argentinada təyyarə qarğıdalı sahəsinə qəza enişi edib
  • Clock-gray 10:58
  • calendar-gray 29 Dekabr 2019

Argentinada təyyarə qarğıdalı sahəsinə qəza enişi edib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, göyərtəsində 9 nəfərin olduğu "Cessna C560X" şəxsi təyyarənin mühərriklərindən birində problem yaranıb. 

Təyyarə Buenos Ayres ətrafındakı hava limanından havaya qalxıb, lakin uçuş zamanı mühərriklərdən birində nasazlıq olduğunu görən pilot təyyarəni Miramar şəhərindən bir neçə kilometr uzaqda olan qarğıdalı sahəsinə endirməyə məcbur olub.

Hadisədə heç kim xəsarət almayıb, ancaq təyyarəyə ciddi ziyan dəyib. 

Zümrüd Paşkin

Digər xəbərlər