“Associated Press ” Trampın 2018-ci ildə Ukrayna barədə səsləndirdiyi fikirləri yayıb

“Associated Press ” Trampın 2018-ci ildə Ukrayna barədə səsləndirdiyi fikirləri yayıb
# 26 yanvar 2020 12:37 (UTC +04:00)

ABŞ Prezidenti Donald Trampın 2018-ci ildə Vaşinqtonda “Trump International Hotel” otelində tərəfdarları ilə qapalı görüşdə Ukrayna barədə səsləndirdiyi fikirlər yayılıb.

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, görüşdə ABŞ-ın yardımı olmadan Ukraynanın Rusiya ilə mübarizəyə nə qədər dözə biləcəyi müzakirə olunub.

Agentliyin jurnalistlərinin əldə etdiyi audioyazıda D. Trampın səsi əks olunub. ABŞ-ın yardımı olmadan Ukraynanın Rusiya ilə mübarizəyə nə qədər dözə biləcəyi barədə sual verən ABŞ Prezidenti Mari Yovanoviçin Ukraynanın Vaşinqtondakı səfiri postundan azad edilməsi barədə də danışır.

“Associated Press” agentliyi görüşdə Lev Parnas və İqor Fruman adlı sahibkarların da iştirak etdiyini yazıb. Həmin sahibkarlar Ukraynada D. Trampın vəkili Rudolf Culianinin tapşırıqlarını yerinə yetiriblər. L. Parnas və İ. Fruman keçən ilin oktyabrında ABŞ-da saxlanılıb. Nyu-York ştatının Cənub Dairəsi Prokurorluğu bu iki sahibkar və digər iki nəfəri lobbi fəaliyyətlərinə dair qanunları pozmaqda ittiham edir. L. Parnas və İ. Fruman bəzi Ukrayna məmurlarının maraqlarına uyğun olaraq M. Yovanoviçin istefasına çalışmaqda şübhəli sayılır. L. Parnas təsdiq edib ki, R. Culianinin tapşırığı ilə Ukrayna hakimiyyətini ABŞ-ın sabiq Vitse-prezidenti Cozef Bayden və onun oğlu barədə istintaqa başlamağın vacib olduğuna inandırıb. D. Tramp isə birmənalı olaraq L. Parnasla tanış olduğunu inkar edir və həyatda onunla heç vaxt danışmadığını bildirir.

Xatırladaq ki, C. Bayden 2020-ci ildə keçiriləcək prezident seçkilərində D. Trampın əsas rəqiblərindən sayılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR