BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvləri məlum olub

BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvləri məlum olub
# 18 iyun 2020 07:39 (UTC +04:00)

Hindistan, İrlandiya, Meksika və Norveç 2021-2022-ci illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olacaq.

APA “TASS”-a istinadən xəbər verir ki, bu, BMT Baş Assambleyasında çərşənbə günü baş tutan səsvermənin nəticələri əsasında məlum olub.

İrlandiya 128, Norveç 130, Meksika 187, Hindistan isə 184 səs toplayıb.

Avropa və digər ölkələr qrupunda Norveç və İrlandiyaya rəqib olan Kanada lazımi sayda səs toplaya bilməyib. Afrika üzrə qalib ikinci turda bilinəcək. Eyni zamanda, Keniya və Cibuti bunun üçün lazımi dəstək əldə edə bilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR