BMT-nin COVID-19 virusuna yoluxan əməkdaşlarının sayı 175-ə çatıb

BMT-nin COVID-19 virusuna yoluxan əməkdaşlarının sayı 175-ə çatıb
# 09 aprel 2020 03:55 (UTC +04:00)

BMT-nin koronavirusa yoluxan əməkdaşlarının sayı 175-ə çatıb, iki nəfər ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinq zamanı bildirib.

Dünən gecəyə olan məlumata görə, dünyada BMT işçiləri arasında təsdiqlənmiş 175 yoluxma halı var. Onlardan 32-si ABŞ-da, 19-u BMT katibliyindədir. İki ölüm faktımız da var”, - Düjarrik belə deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR