Baham adaları ABŞ turistləri üçün sərhədlərini bağlayır

Baham adaları ABŞ turistləri üçün sərhədlərini bağlayır
# 21 iyul 2020 07:14 (UTC +04:00)

Baham adaları hökuməti koronavirus infeksiyasının artması fonunda ABŞ trustlərinin ölkəyə gəlişini qadağan edəcəyini açıqlayıb.

APA "Fox News"a istinadən xəbər verir ki, bu barədə Baş nazir Habert Minnis çıxışı zamanı bildirib.

Baş nazir təəssüf hissi ilə bildirib ki, daxili iqtisadiyyatın gücləndirilməsi məqsədilə sərhədlər yenidən açıldıqdan sonra ölkədə epidemiya ilə bağlı vəziyyət pisləşib: “Mövcud vəziyyətdə virusa məğlub olmamaq üçün qətiyyətli hərəkət tələb olunur”.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə qeydə alınan 153 koronavirusa yoluxma halının 49-u 1 iyul tarixdə sərhədlərin açılmasından sonra baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR