Barak Obama Co Baydeni təbrik edib

Barak Obama Co Baydeni təbrik edib
# 07 noyabr 2020 22:43 (UTC +04:00)

ABŞ-ın sabiq prezidenti Barak Obama Co Baydeni prezident seçkilərində qələbə çalması münasibətilə təbrik edib.

APA-nın verdiyi xəbərə görə, B.Obama, eyni zamanda ölkənin yeni birinci xanımı Cil Baydeni də təbdik edib.

"Mən əminəm ki, o, ona səs verən və ya verməyən hər bir amerikalıya ürəkdən xidmət edəcək", deyə B.Obama "facebook" hesabında yazıb.

Qeyd edək ki, Co Bayden Barak Obamanın prezidentliyi dönəmində ölkənin vitse-prezidenti olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR