Baş katib ABŞ-ın BMT-nin İnsan Haqları Şurasına qayıtmaq qərarını alqışlayıb

Baş katib ABŞ-ın BMT-nin İnsan Haqları Şurasına qayıtmaq qərarını alqışlayıb
# 08 fevral 2021 22:59 (UTC +04:00)

BMT Baş katibi Antonio Quterreş Birləşmiş Ştatların BMT İnsan Haqları Şurasına qayıtmasını alqışlayır və ölkənin təşkilatın işinə əhəmiyyətli töhfələr verəcəyini düşünür.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

“Baş katib ABŞ-ın BMT İnsan Haqları Şurasına qayıtmaqla bağlı qərarını alqışlayır. Təşkilat ABŞ-ın Şuranın təxirəsalınmaz işində vacib səsinin eşidilməsini səbirsizliklə gözləyir”, - deyə Düjarrik mətbuat konfransında qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR