Bayden ABŞ-a gələnlərə qarşı yeni tələblər irəli sürüb

Bayden ABŞ-a gələnlərə qarşı yeni tələblər irəli sürüb
# 22 yanvar 2021 02:58 (UTC +04:00)

ABŞ-ə gələnlərdən yalnız COVID üçün mənfi test nəticəsi deyil, eyni zamanda karantin tələb olunacaq.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın yeni prezidenti Cozef Bayden açıqlayıb.

“Bildiyimiz yeni virus ştammları ilə əlaqədar ABŞ-a başqa ölkələrdən gələnlərə qarşı yeni qabaqlayıcı tədbirlər tətbiq edirik. Maska taxmaqla yanaşı, başqa ölkələrdən ABŞ-a uçan hər kəs təyyarə enməzdən öncə və uçuşdan qabaq koronavirus üçün test verməli və Amerikaya gəldikdən sonra karantindən keçməlidir”, - deyə Bayden Ağ Evdə çıxışı zamanı bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR