Bayden: "ABŞ dünya arenasında yalnız son məqamda güc tətbiq etməlidir"

Bayden: "ABŞ dünya arenasında yalnız son məqamda güc tətbiq etməlidir"
  • Clock-gray 08:42
  • calendar-gray 11 Fevral 2021

Birləşmiş Ştatlar dünya arenasında, istisna hallar olmadığı müddətdə, hərbi gücün tətbiqindən qaçmalıdır.

APA TASS-a istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Bayden Pentaqonu ziyarət edərkən deyib.

“ABŞ Müdafiə Nazirliyinin mərkəzi və ayrılmaz missiyası düşmənlərimizin təcavüzünün qarşısını almaqdan və ehtiyac yaranacağı halda, Amerikanın təhlükəsizliyini qorumaq üçün hərbi əməliyyatlar aparmaq və qalib gəlməkdən ibraətdir. Hesab edirəm ki, güc tətbiqi atılacaq sonuncu addım olmalıdır, birinci deyil”, - amerikalı lider belə deyib.

Bununla yanaşı, Bayden ali baş komandan kimi “lazım olacağı halda, Amerika xalqının və dünyadakı müttəfiqlərinin həyati maraqlarını qorumaq üçün güc tətbiq etməkdə heç vaxt tərəddüd etməyəcəyini” də vurğulayıb.

apa-logo-mini

Digər xəbərlər