Bayden: “Amerika qayıtdı”

Bayden: “Amerika qayıtdı”
  • Clock-gray 00:06
  • calendar-gray 20 Fevral 2021

“ABŞ dünya səhnəsinə qayıdıb. ABŞ-ın Avropa ortaqları ilə əməkdaşlığı xarici siyasətin təməl daşıdır”.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

“Hamıya deyirəm: Amerika qayıtdı! Transatlantik İttifaq geri döndü və geri baxmayacağıq”, deyə ABŞ lideri vurğulayıb.

Bayden, həmçinin, ABŞ ilə Avropa arasındakı ittifaqın iki ölkə arasındakı münasibətlərdə və dünya səviyyəsində "açar" olduğunu  deyib.

 

apa-logo-mini

Digər xəbərlər