Bayden Kapitoliyada yaranan gərginliklə bağlı xalqa müraciət edib

Bayden Kapitoliyada yaranan gərginliklə bağlı xalqa müraciət edib
  • Clock-gray 04:50
  • calendar-gray 07 Yanvar 2021

ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden Konqres binası qarşısında polislə Tramp tərəfdarları arasında yaranan qarşıdurma ilə bağlı xalqa təcili müraciət edib.

APA-nın məlumatına görə, Baydenin müraciəti onun Rəsmi Tvitter hesablarından birində yerləşdirilib.

C. Bayden hazırkı prezident Donald Trampdan televiziyaya çıxmağı və Kapitoliyanın "mühasirəsinə" son qoyulmasına çağırış etməyi tələb edib: “Tramp Konstitusiyanı müdafiə etmək andını yerinə yetirmək üçün dərhal televiziyaya çıxmalı və tərəfdarlarından Konqresin yerləşdiyi Kapitoliyanın “mühasirəsinə” son qoyulmasını tələb etməlidir”.

Bildirilib ki, yeni seçilmiş prezident bundan əvvəl ABŞ paytaxtında baş verənləri "qiyam" adlandırıb.

 

apa-logo-mini

Digər xəbərlər