Bayden: "Putin ABŞ-da seçkilərə müdaxilə cəhdlərinin əvəzini ödəyəcək"

Bayden: "Putin ABŞ-da seçkilərə müdaxilə cəhdlərinin əvəzini ödəyəcək"
  • Clock-gray 16:41
  • calendar-gray 17 Mart 2021

“Rusiya Prezidenti Vladimir Putin 2020-ci ildə ABŞ-da keçirilən Prezident seçkilərinə müdaxilə cəhdlərinə görə əvəz ödəyəcək”.

APA-nın xəbərinə görə, bunu ABŞ Prezidenti Co Bayden ABC telekanalına müsahibəsində deyib.

"O, bunun əvəzini ödəyəcək", - deyə Co Bayden bildirib.

C. Bayden jurnalistin Rusiya Prezidentinin hansı nəticələrlə üzləşəcəyinə dair sualına "Siz tezliklə bunu görəcəksiniz" cavabını verib.

Bununla yanaşı, Bayden START nüvə sazişini yeniləmək kimi ABŞ və Rusiyanın birlikdə çalışmağa qarşılıqlı maraqlarının olduğu sahələrin mövcudluğunu bildirib.

"Biz uzun danışıqlar apardıq. Mən onu kifayət qədər yaxşı tanıyıram. Söhbətin əvvəlində ona dedim: “Mən sizi tanıyıram, siz də məni. Əgər mən bilsəm ki, bu baş verib, hazır olun”. Təcrübəmdə xarici liderlərlə münasibətdə olan ən vacib şey, sadəcə, qarşındakını tanımaqdır", - deyə Bayden vurğulayıb.

Vladimir Putin haqqında danışan ABŞ Prezidenti əlavə edib ki, o, Rusiya liderinin ruhu olduğunu düşünmür.

Qeyd edək ki, ABŞ kəşfiyyatının martın 16-da açıqlanmış hesabatında Moskvanın 2020-ci ildə ABŞ-da keçirilmiş seçkiyə müdaxilə cəhdlərinin arxasında Rusiya Prezidentinin dayandığı əksini tapıb. Lakin Rusiya tərəfi bu iddiaları əsassız adlandırıb.

Zümrüd Paşkin

Digər xəbərlər