Bayden Putinlə görüşə dair suala cavab verməyib

Bayden Putinlə görüşə dair suala cavab verməyib
# 19 mart 2021 00:46 (UTC +04:00)

ABŞ prezidenti Co Bayden jurnalistlərin Rusiya lideri Vladimir Putinlə danışıq aparmağa razı olub-olmayacağı ilə bağlı sualını cavablandırmaqdan imtina edib.

APA TASS-a istinadən xəbər verir ki, ABŞ prezidentinin ölkədə koronavirusa qarşı peyvəndləmə prosesi bağlı çıxışı Ağ Evin internet saytında canlı yayımlanıb.

Çıxışını bitirdikdən sonra Bayden mətbuat nümayəndələrinin verdiyi sualları, həmçinin onun Putinlə təklif olunan görüşə razı olub-olmadığına dair verilmiş biinci sualı cavabsız qoyub. Bayden suallara cavab vermədən zalı tərk edib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bundan bir qədər əvvəl Co Baydeni canlı yayım vasitəsilə birbaşa debata dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR