Bayden: "Rusiyanı öz əməllərinə görə cavab verməyə məcbur edəcəyik"

Bayden: "Rusiyanı öz əməllərinə görə cavab verməyə məcbur edəcəyik"
# 05 fevral 2021 01:48 (UTC +04:00)

ABŞ Rusiyanı öz əməllərinə görə “cavab verməyə” məcbur edəcək.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden ölkənin xarici siyasəti üzrə Dövlət Departamentindəki nitqində bildirib.

“Sələfimdən fərqli olaraq, prezident Putinə açıq şəkildə çatdırdım ki, Rusiyanın təcavüzkar hərəkətləri – seçkilərimizə müdaxilə, kiberhücumlar, öz vətəndaşlarının zəhərlənməsi – qarşısında ABŞ-ın təslim olacağı günlər geridə qaldı. Biz tərəddüd etmədən Rusiyanı cavab verməyə məcbur edəcəyik və xalqımızın həyat maraqlarını qoruyacağıq”, - deyə amerikalı lider öz çıxışında vurğulayıb.

Bundan başqa, Bayden ilk dəfə olaraq açıq şəkildə rəsmi Moskvanı barəsində həbs qətimkan tədbiri seçilən blogger Aleksey Navalnını dərhal azadlığa buraxmağa çağırıb.

“Navalnının siyasi motivli həbsi və Rusiyanın sərbəst toplaşmaq azadlığını boğmaq cəhdləri bizi və bütün dünya ictimaiyyətini dərindən narahat edən bir məsələdir”, - Bayden belə deyib.

Onun sözlərinə görə, Navalnı “korrupsiyanı ifşa etdiyi üçün hədəf seçilib”: “O, dərhal və qeyd-şərtsiz sərbəst buraxılmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR