Bayden Trampı ABŞ-Meksika sərhədində humanitar fəlakət yaratmaqda günahlandırıb

Bayden Trampı ABŞ-Meksika sərhədində humanitar fəlakət yaratmaqda günahlandırıb
# 29 dekabr 2020 04:17 (UTC +04:00)

ABŞ-ın cənub sərhədində hazırkı ölkə başçısı Donald Trampın günahı ucbatından humanitar fəlakət meydana gəlib.

APA xəbər verir ki, belə bir açıqlamanı ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden Uilminqton şəhərində çıxışı zamanı səsləndirib.

“Bizə Tramp administrasiyasının cənub sərhədimizdə sistematik şəkildə yaratdığı humanitar fəlakətin nəticələrini aradan qaldırmaq üçün lazımi addımlar atmaq barədə məlumat verilib”, - Bayden belə deyib.

Onun sözlərinə görə, Meksika ərazisindən ABŞ-a gələnlərə qarşı “humanizm və qaydalar çərçivəsində” münasibət göstərilməlidir. Baydenin fikrincə, ABŞ rəsmiləri ölkədə sığınacaq tampaq üçün kənardan edilən müraciətləri “təhlükəsiz və sürətli bir şəkildə” həll etməlidirlər.

Qeyd edək ki, D.Tramp immiqrasiya siyasətini sərtləşdirmək və sərhədlərə nəzarəti gücləndirmək üçün bir sıra tədbirlər görüb. O, qeyri-qanuni immiqrasiyanın qarşısının alınmasının və qaçqınların ABŞ-a girişinin məhdudlaşdırılmasının lehinə çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR