Bayden USAID-in rəhbəri postuna ABŞ-ın BMT-dəki keçmiş səfirinin namizədliyini irəli sürüb

Bayden USAID-in rəhbəri postuna ABŞ-ın BMT-dəki keçmiş səfirinin namizədliyini irəli sürüb
# 13 yanvar 2021 16:05 (UTC +04:00)

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri postuna namizədini açıqlayıb.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, USAID-in rəhbəri vəzifəsinə ABŞ-ın BMT-dəki keçmiş səfiri Samanta Pouerin namizədliyi irəli sürülüb.

"Samanta Pouer COVID-19, iqlim dəyişikliyi, qlobal yoxsulluq və demokratik geri dönüş daxil olmaqla, dövrümüzün ən böyük problemlərinə qarşı tərəfdaşlarımızla çalışacaq", Baydenin keçid komandasının yaydığı açıqlamada bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR