Bayden Venesuelaya qarşı sanksiyaların vaxtını uzadıb

Bayden Venesuelaya qarşı sanksiyaların vaxtını uzadıb
# 04 mart 2021 07:11 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden çərşənbə günü Venesuelaya, ölkədə 2015-ci ilin martında "insan haqları pozuntuları" səbəbi ilə tətbiq olunan sanksiyaları daha bir il uzadıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Federal Reyestrin elektron bazasında məlumat yerləşdirilib.

Prezidentin imzaladığı fərmanla ötən illərdə elan edilmiş fövqəladə vəziyyət rejimi daha bir il müddətinə uzadılıb.

Qeyd edək ki, Ağ Ev tərəfindən Venesuelaya məhdudlaşdırıcı tədbirlər 2015-ci ildən tətbiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR