Bayden ağdərili irqçiləri ABŞ daxilində daha böyük terror təhlükəsi adlandırıb

Bayden ağdərili irqçiləri ABŞ daxilində daha böyük terror təhlükəsi adlandırıb
# 17 fevral 2021 15:21 (UTC +04:00)

“Ağdərililərin üstünlük təşkil etməsinin tərəfdarları cəmiyyət üçün təhlükədir, onları hərəkatı isə ABŞ daxilində daha böyük terror təhlükəsi yaradır”.

APA-nın məlumatına görə, bunu ABŞ Prezidenti Co Bayden ötən gün Viskonsin ştatında tərəfdarları qarşısında çıxışı zamanı bildirib.

O, ağdərili irqin üstünlük təşkil etməsi tərəfdarlarını və “Ku Klux Klan” ultrasağçı irqçi təşkilatın üzvlərini Amerikada ən təhlükəli adamlar adlandırıb.

C. Bayden qeyd edib ki, Ədliyyə Nazirliyinə irqçilərlə daha effektiv mübarizə aparılmasına göstəriş vermək niyyətindədir.

"İrqçi təbəqənin xüsusilə hüquq-mühafizə orqanlarında daha geniş təmsil olunması qorxuncdur. Bu faktor cəmiyyətin mövcudluğuna da kölgə salır. Çünki onlar çox təhlükəli fərdlərdir. Onların əqli cəhətdən ciddi problemləri var".

Qeyd edək ki, bir qədər əvvəl Co Bayden hələ namizəd olduğu dövrdə daxili ekstremizm və irqçiliklə mübarizə aparılmasının vacibliyi barədə fikirlər səsləndirib. O zaman hazırkı Ağ Ev rəhbəri bildirib ki, əvvəlki administrasiyanın bu istiqamətdəki səhvləri təkrarlanmamalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR