Bayden çıxışı zamanı sözləri səhv salıb

Bayden çıxışı zamanı sözləri səhv salıb
# 22 aprel 2021 03:37 (UTC +04:00)

ABŞ prezidenti Co Bayden koronavirusun yayılması ilə bağlı vəziyyət barədə danışarkən salon sözünün əvəzinə salun sözünü işlədərək səhvə yol verib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, ABŞ-da COVID-19-la mübarizənin nəticələrindən söhbət açan Bayden Ohayo ştatındakı bir gözəllik salonunu nümunə gətirərək, peyvənd proqramına qatılan ölkə vətəndaşlarının məsuliyyətli olmasına toxunub.

“Salon müdiri vaxtını və enerjisini sərf etdi ki, onun əməkdaşları və ziyarətçiləri peyvənd olunsunlar. Salundan çıxarkən işçilər... Salun? Salon. Bəlkə onlar salunları da ziyarət edirlər, bilmirəm. Ancaq salondan çıxarkən işçilər müştərilərin özlərininonların ailə üzvlərinin peyvənd üçün qeydiyyatdan keçmələrinə yardım göstəriblər”, - deyə prezident gülərək bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR