Bayden ticarət və əmək nazirləri postlarına öz namizədlərini seçib

Bayden ticarət və əmək nazirləri postlarına öz namizədlərini seçib
# 08 yanvar 2021 08:16 (UTC +04:00)

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden Rod-Aylend ştatının qubernatoru Cina Raymondonu ticarət naziri, Boston şəhərinin meri və keçmiş həmkarlar ittifaqının üzvü Marti Uolşu isə əmək naziri vəzifəsinə namizəd göstərəcəyini açıqlayıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bundan başqa, İzabel Qusman kiçik biznes idarəsinin rəhbəri vəzifəsinə, Don Qreyvs isə ticarət nazirinin birinci müavini vəzifəsinə namizəd göstəriləcək.

Bayden gələcək namizədlərin hamısını cümə günü edəcəyi çıxışı zamanı təqdim edəcək.

Nazirlər və onların müavinləri Senat tərəfindən də təsdiqlənməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR