Baydenin iti Ağ Evdə daha bir mühafizəçini dişləyib

Baydenin iti Ağ Evdə daha bir mühafizəçini dişləyib
  • Clock-gray 03:07
  • calendar-gray 31 Mart 2021

ABŞ prezidenti Co Baydenin və onun xanımı Cill Baydenin Meycor adlı iti növbəti dəfə adam dişləyib.

APA xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Ağ Evin cənub çəmənliyində baş verib və Milli Park Xidmətinin bir işçisi xəsarət alıb.

“Bəli, Meycor gəzinti zamanı bir nəfəri dişlədi. Ehtiyat tədbiri olaraq həmin adam Ağ Evin tibbi xidməti tərəfindən müayinə olunub. Xəsarəti ağır deyildi və öz işinə qayıdıb”, - deyə telekanal Cill Baydenin nümayəndəsi Maykl LaRosadan sitat gətirib. O bildirib ki, prezidentin iti “hələ də yeni mühitə alışmağa çalışır”.

Qeyd edək ki, ABŞ prezidentinin və xanımının çoban iti cinsinə aid iki itləri var – təxminən 13 yaşında olan Çemp və üç yaşlı Meycor. Hər iki it Co Baydenin andiçmə mərasimindən bir neçə gün sonra Ağ Evə gətiriliblər. Mart ayının əvvəllərində Meycor Ağ Evin mühafizəçilərindən birinə hücum etdikdən sonra itlər Delaver ştatında prezident cütlüyünün ailə evinə göndərilib və yalnız ayın sonlarına yaxın geri qaytarılıblar.

Sərxan Kamallı

Digər xəbərlər